
Futbol üzrə UEFA Çempionlar Liqasında ?-ə adlayan daha iki komandanın adı məlum oldu. Bu mərhələyə vəsiqə uğrunda keçirilən cavab oyunlarına gəlincə, «Real Madrid» öz meydanında «Lion»-u qəbul etdi. Oyuna daha fəal başlayan ispanlar altınca dəqiqədə hesabı açdılar. Ronaldo əsl ustalıq nümayiş etdirərək komandasına minimal üstünlük qazandırdı. Birinci hissə bu hesabla da başa çatdı. İkinci yarıda gerilikdən xilas olmaq üçün çoxsaylı hücumlar təşkil edən «Lion» yalnız 75-ci dəqiqədə istəyinə nail oldu. Miralem Pyaniç qonaqları məğlubiyyətdən xilas edən qola imza atmaqla matçda yekun nəticəni müəyyənləşdirdi – «Real Madrid» 1 – «Lion» 1. Bu komandaların ilk qarşılaşması 1-0 «Lion»-un xeyrinə başa çatdığından ?-ə adlayan kollektiv də məhz «Lion» oldu.
Digər oyunda «Mançester Yunayted» və «Milan» kollektivləri üz-üzə gəldi. Bu görüşdə 4 qol qeydə alındı ki, həmin qolların da müəllifi meydan sahibləri oldu. Matç boyu rəqibə çətin anlar yaşadan mançesterlilər 13-cü dəqiqədən başlayaraq, rəqib qapısını qol yağışına tutdular. Hesabı Ueyn Runi açdı. 46-cı dəqiqədə Runi dublya imza atmaqla komandasının üstünlüyünü 2-0-a çatdırdı. Hücumlarını davam etdirən meydan sahibləri 59-cu dəqiqədə növbəti dəfə azarkşeləri ayağa qaldırdılar. Pak Çji Sun uzaq küncü dəqiq nişan almaqla «Mançester Yunayted»-in üstünlüyünü bir qədər də artırdı 3-0. Lakin bu da oyunda vurulan son qol olmadı. Matçın yekun nəticəsini müəyyən edən qol 88-ci dəqiqədə gəldi. Darren Fletçer hesab arasındakı fərqi qonaqlar üçün acınacaqlı həddə çatdırdı. «Mançester Yunayted» 4 – «Milan» 0. Xatırladaq ki, bu komandaların İtaliyada təşkil olunan ilk qarşılaşması 3-2 mançesterləlilərin xeyrinə başa çatmışdı. Odur ki, iki görüşün nəticəsinə əsasən ?-ə adlayan tərəf «Mançester Yunayted» oldu. Həm «Lion», həm də «Mançester Yunayted»in növbəti mərhələdə rəqibləri martın 19 – da keçiriləcək püşkatma mərasimindən sonra məlum olacaq. 1/8 finalın növbəti iki qarşılaması isə martın 16 – da keçiriləcək. Həmin gün «Çelsi» - «İnter»-lə, «Sevilya» isə «ÇSKA» ilə üz-üzə gələcək.
13:00 / 11.03.2010