
Bu gün “Qarabağ” komandası Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək. Təmsilçimiz qitənin ən nüfuzlu klub turnirinin 4-cü turunda İspaniyada “Atletiko”nun qonağı olacaq. Baş məşqçi Qurban Qurbanov bu oyunda Bakıdakı matçda qırmızı vərəqə alan Dino Ndlovunun və zədəli Bədavi Hüseynovun xidmətindən yararlana bilməyəcək. Madriddə baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Oyunu türkiyəli referi Deniz Aytekin idarə edəcək.
11:00 / 31.10.2017