
Gəncədə əlillərin stolüstü idman oyunları üzrə 5-ci ümumrespublika yarışlarının zona turu keçirilib. Turnirə qərb bölgəsindən 78 nəfər əlil şəxs və sağlamlıq imkanları məhdud uşaq qatılıb. İştirakçılar idmanın şahmat, dama, nərd və qol güləşi növləri üzrə güclərini sınayıblar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarışları təcrübəli hakimlər heyəti idarə edib. Zona turunda fərqlənən əlil idmançılar 5-ci ümumrespublika yarışlarının final mərhələsində iştirak hüququ qazanıblar. Qeyd edək ki, sözügedən turnir üç ildən bir təşkil olunur.
09:00 / 15.11.2017