Online xəbərlər
EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 12521 Polyarizasiya H Axın sürəti 4340 FEC 1/2  ||  EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 11861 Polyarizasiya R Axın sürəti 27500 FEC 3/4  ||  HOT BIRD 6/7A/8 at 13.0° Tezlik 12149 Polyarizasiya V Axın sürəti 27500 FEC 3/4  ||  
Xəbərlər

Siyasət

Serj Sarkisyanın Böyük Britaniyadan gözləntiləri boşa çıxdı

Şriftin ölçüsü:  11px13px15px17px

Böyük Britaniya işğalçı ermənistana dəstək vermədi. Sarkisyanın ölkənin baş naziri Qordon Braunun qəbuluna düşə bilməməsi İrəvanın işğalçı siyasətinə etiraz kimi qiymətləndirilir. Ermənistan prezidenti Serj Sarkisyanın London səfərindən gözləntiləri boşa çıxdı. İşğalçı ölkənin rəhəri Böyük Britaniyada soyuq qarşılanıb. Hava limanında onu yalnız Ermənistanın Böyük Britaniyadakı səfiri və erməni apostol kilsəsinin nümayəndəsi qarşılayıb. Mərasimə Britaniya rəsmilərindən heç kim qatılmayıb. Səfər zamanı isə Sarkisyan baş nazir Qordon Braun tərəfindən də qəbul edilməyib. Erməni tərəfi belə soyuq qarşılanmanı qəbulun təşkilatçılarının günahı üzündən baş verdiyini iddia etsə də, əslində reallıq başqadır. Ekspertlər bunu Sarkisyanın beynəlxalq əlaqələr instutunda səsləndirdiyi təxribat xarakterli bəyanatlarla izah edir.
İşğalçı ölkənin rəhbərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hərbi çağırışları da Avropada ciddi qarşılanmayıb. Onun Azərbaycan və Türkiyənin ünvanına səsləndirdiyi ittihamlar isə imitasiya kimi qəbul olunur.
Sarkisyanın Londonda keçirilən azsaylı görüşləri Ermənistanda belə əhəmiyyətsiz hesab olunur. Bildirilir ki, görüşlərin heç birində reigonda baş verən proseslərə, xüsusən də Dağlıq Qarabağ münaqişəsinə ümumiyyətlə toxunulmayıb. Böyük Britaniya rəhbərliyi xarici siyasət oriyentasiyası olmayan, səhra komandiri qiyafəli Sarkisyanla siyasi məsələləri müzakirə etməyə lüzum görməyib.

13:00 / 13.02.2010
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 10
Bu gün: 491
Bu ay: 20054
Ümumi: 3323522
Ölkə: United States

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın