Online xəbərlər
EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 12521 Polyarizasiya H Axın sürəti 4340 FEC 1/2  ||  EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 11861 Polyarizasiya R Axın sürəti 27500 FEC 3/4  ||  HOT BIRD 6/7A/8 at 13.0° Tezlik 12149 Polyarizasiya V Axın sürəti 27500 FEC 3/4  ||  
Xəbərlər

Siyasət

Erməni nazir Azərbaycanı ittiham etdi

Şriftin ölçüsü:  11px13px15px17px

ATƏT-in fəaliyyətdə olan sədri, Qaxaxıstanın xarici işlər naziri Kanat Saudabayevin regiona səfəri davam edir. Bu gün diplomat Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsləhətləşmələr aparıb. Qazaxıstan ATƏT-ə sədrliyi dövründə həlli uzanan münaqişələrə xüsusi diqqət ayıracaq. Ölkənin xarici işlər naziri, ATƏT-in indiki sədri Kanat Saudabayev erməni həmkarı Edvard Nalbandyanla görüşdə belə deyib. Jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Nalbandyanla görüşdə açıq məsləhətləşmələr aparılıb. Qazaxıstan prosesi diqqətlə izləyir. Rəsmi Astana münaqişənin həllinə impuls vermək niyyətindədir. Problemin həlli isə daha çox münaqişə tərəflərindən asılıdır. Saudabayevin sözlərinə görə, müəyyən optimizm var və Astana regionda münaqişə ilə bağlı gərginliyi azaldan istənilən təklifi dəstəkləyəcək. Erməni nazir Edvard Nalbandyan isə diqqəti daha çox münaqişənin nizailanması ilə bağlı «Yenilənmiş Madird prinsipləri»-nə dair rəsmi Bakının bir gün əvvəl səsləndirdiyi bəyanata yönəldib. Bildirib ki, sənədin yenilənmiş variantı üzrə təkliflər hazırlanma prosesindədir. Nalbandyan prosesin gecikməsində Azərbaycan tərəfini suçlamaqdan da çəkinməyib. «Masada bir ildir ki, Azərbaycanın danışıqlarda əsas kimi qəbul etməkdən imtina etdiyi madrid prinsipləri var. Soçidə razılıq əldə olunub ki, tərəflər yenilənmiş Madir prinsiplərinə dair öz təkliflərini verməlidir. Azərbaycan tərəfi də bunu etməlidir və müzakirələr bundan sonra davam edəcək». Ermənistanda məsləhətləşmələri başa vurduqdan sonra diplomat Gürcüstana gedəcək. Bu arada Qazaxıstan mətbuatı ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayevin prezident Nursultan Nazarbayevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair təkliflərini Azərbaycan tərəfinə təqdim etməsi barədə məlumat yayıb. Bildirilir ki, Nazarbayev hələ 1991-ci ildən proseslə yaxından tanış olub və məsələ indi də rəsmi Astananın diqqət mərkəzindədir.

16:00 / 16.02.2010
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 8
Bu gün: 494
Bu ay: 20057
Ümumi: 3323525
Ölkə: United States

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın