Online xəbərlər
EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 12521 Polyarizasiya H Axın sürəti 4340 FEC 1/2  ||  EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 11861 Polyarizasiya R Axın sürəti 27500 FEC 3/4  ||  HOT BIRD 6/7A/8 at 13.0° Tezlik 12149 Polyarizasiya V Axın sürəti 27500 FEC 3/4  ||  
Xəbərlər

Siyasət

Ermənistan Qazaxıstanın ATƏT-ə sədrliyindən sui istiafdə etməyə çalışır

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistan Qazaxıstanın ATƏT-ə sədrliyindən sui - istiafdə etməyə çalışır. Dağlıq Qarabağ separatçılarını danışıqlar prosesinə cəlb etməyə can atan işğalçı ölkə, keçmiş MDB dövləti tərəfindən dəstəklənəcəyinə ümid edir. Amma ekspertlər Ermənistanın istəklərinin boşa çıxacağına əmindir. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ speparatçılarının danışıqlar prosesinə cəlb edilməsinə dair növbəti dəfə sərsəm bəyanat səsləndirib. Erməni nazir bildirib ki, münaqişəni Dağlıq Qarabağ xalqı həll etməlidir. «Bu məsələ ötən ilin iyulunda İtaliyanın Akila şəhərində «G8» ölkələrinin sammitində Rusiya, ABŞ və Fransa prezidentlənin birgə bəyanatında da öz əksini tapıb. Azərbaycansa bu yanaşmaya qarşı çıxır»-deyən Nalbandyan iddia edir ki, rəsmi Bakı bununla nizamlama posesinə mane olur. Ekspertlər İrəvanın bu bəyanatını növbəti spekulyasiya kimi dəyərləndirirlər. Nalbandyanın bu fikri məhz ATƏT-in indiki sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayevlə görüşdən sonra səsləndirməsi də təsadüfi deyil. Ermənistanı cəsarətləndirən digər səbəb isə sırf Qazaxıstan amili ilə bağlıdır. İşğalçı ölkənin Rusiya ilə yaxınlığı ilə seçilən rəsmi Astanadan gözləntiləri var. Bu baxımdan Ermənistanın destruktiv bəyanatlarının Qazaxıstanın ATƏT-ə sədrliyi dövründə özünü doğruldacağı inandırıcı görünmür. Nizamlama prosesində ciddi irəliləyiş gözlənilməsə də, rəsmi Astana ən azı mövcud pozitiv dinamikanı qoruyub saxlamağa çalışacaq.

16:00 / 17.02.2010
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 10
Bu gün: 483
Bu ay: 20046
Ümumi: 3323514
Ölkə: United States

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın