
2010-cu il Ermənistan iqtisadiyyatı üçün daha ağır olacaq. Beynəlxalq maliyə qurumarının son hesablamaları belə deməyə əsas verir. Rəsmi Yerevan ümidini Türkiyə ilə iqtisadi əlaqələri genişləndirməyə bağlayıb.
Beynəlxalq maliyyə institutları Ermənistanı iqtisadi böhrana daha çox məruz qalan ölkələr sırasına aid edib. MDB Statistika Komitəsinin proqnozları da Ermənistan üçün yaxşı heç nə vəd etmir. Statistik hesablamalara görə, ölkə iqtisadiyyatı 20 faiz geriləyib. Ümumdaxili məhsul istehsalı 81,6 faiz, ö cümlədən sənaye istehsalı 88,1, kənd təsərrüfatı 97,5, əsas kapitala yatırılan sərmayə 46,5 faiz yerinə yetirilib. Komitənin hesabatında o da vurğulanır ki, Ermənistanın digər ölkələrə məhsul ixracı 47, idxal isə 30 faizdən çoz azalıb. Hazırda ölkə idxal hesabına yaşıyır, işsizlərin sayı isə durmadan artır. Ölkə iqtisadiyyatı bütünlüklə Rusiyadan asılıdır. Hazırda idxal və ixracın 90 faizi bu ölkə ilə həyata keçirilir. Mütəxəssislər hesab edir ki, əgər hər hansı bir səbəbdən Rusiya ilə əlaqələr kəsilsə, Ermənistan iqtisadiyyatı çökəcək. Bu səbəbdən rəsmi Yerevan Türkiyə ilə iqtisadi münasibətlərin bərpasına çalışır. Yaxın aylarda Ermənistan-Türkiyə biznes-forumunun keçirilməsi nəzərdə tutulub. Tədbir yaxın aylarda baş tutmalıdır. Forumda nəqliyyat, turizm, sənaye və iqtisadiyyatın digər sahələri üzrə danışıqlar aparılacaq. Türkiyə mətbuatının məlumatına görə, forumun keçirilməsi ilə bağlı təklif Ermənistandan gəlib. Hazırda hər iki ölkə arasındakı idxal-ixrac əməliyyatları Gürcüstan ərazisilə həyata keçirilir.
16:00 / 22.02.2010