/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Türkdilli dövlətlərin diaspor rəhbərləri Bakıda bir araya gəldi

Şriftin ölçüsü:  11px13px15px17px

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin 1-ci forumu keçirilir. Tədbirin Azərbaycan paytaxtında keçirilməsi şuranın bu ilin yanvarında elə bakıda baş tutan iclasında qərara alınıb. Gücümüz birliyimizdədir. Türkdilli dövlətlərin diaspor təşkilatları rəhbərləri və üzvləri Bakıda məhz bu şüar altında bir araya gəlib. Forumda qarşılıqlı faydalı əməkdaşlıq və güclü türk lobbisinin yaradılması əsas müzakirə mövzularındandır. Forumun işində Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan və Qırğızıstanın müvafiq dövlət qurumlarının və diaspor təşkilatlarının nümayəndələri iştirak etdilər. Türkdilli ölkələrdən olan elm, mədəniyyət və digər sahələrin təmsilçiləri də qonaqlar arasındadır.
Türkdilli ölkələrin diaspor təşkilatları arasında əməkdaşlığın koordinasiya olunması məqsədi ilə regional mərkəzlərin yaradılması və türk dünyasının problemlərinin həlli sahəsində birgə fəaliyyət prioritetdir. Türk diaspor təşkilatlarının nümayəndələri bu baxımdan Bakı forumunun əhəmiyyətini yüksək qiymətləndirdilər.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin 1-ci forumunda öncə prezident İlham Əliyev və təşkilata üzv digər dövlət başçılarının təbrik məktubları səsləndirildi. Tədbirdə türkdilli xalqların vahid birliyinin təmin olunması, maraqlarının qorunması və onların haqq səsinin dünyaya çatdırılması istiqamətində tədbirlərin daha da gücləndirilməli olduğu vurğulandı. Ortaq türk dilinin formalaşdırılmasına böyük ehtiyacın olduğu qeyd edildi. Bu problem özünü Bakı forumunda da göstərdi. Tədbir iştirakçılarının bir-birini baş düşməsi üçün 10 kabinədə tərcüməçilərin fəaliyyət göstərməsi diqqətlərdən yayınmadı.
Bu il mayın 14 –də Ankarada imzalanmış «Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası»-nın həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Bu strategiyadan irəli gələn prinsiplər rəhbər tutularaq forumun sonunda Bakı bəyannaməsi imzalandı. Bəyannamənin ən vacib bəndlərindən biri də tükdilli xalqların əleyhinə aparılan anti-təbliğat kampaniyalarının qarşısının alınması və dünya ictimayyətində yayılmış yanlış təsəvvürlərin aradan qaldırılması ilə bağlıdır. Bu məqsədlə birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bir sözlə, türk xalqlarının ortaq maraqlarının təmin olunması baxımından Bakı forumu əhəmiyyətli oldu.
Elnur Niftəliyev

16:00 / 21.06.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 15
Bu gün: 18367
Bu ay: 258315
Ümumi: 11240776
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın