/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Dondurulmuş münaqişələr BMT-də müzakirəyə çıxarılacaq

Şriftin ölçüsü:  11px13px15px17px

Avropada dondurulmuş münaqişələr BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxaralacaq. Belə bir təşəbbüs quruma sədrlik edən Ukraynadan gəlib. Bu ölkənin BMT-dəki daimi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin həllində də hər hansı irəliləyiş olmadığını xüsusi narahatlıqla vurğulayıb.
«ATƏT-in minsk qrupunun məşğul olduğu dağlıq qarabağ münaqişəsinin nizamlanmasında xüsusi irəliləyiş görünmür». Ukraynanın BMT-dəki daimi nümayəndəsi, BMT Təhlükəsizlik Şurasının sədri Vladimir Yelçenko belə deyib. Bildirib ki, Avropada təhlükəsizlik və münaqişələr mövzusu, BMT-nin onların həllində rolu və iştirakı artıq neçə illərdir nəzərdən keçirilmir. Sonuncu dəfə bu məsələyə Yuqoslaviya böhranından sonra Balkanlardakı gərgin vəziyyət zamanı baxılıb. Başqa sözlə, hardasa ötən əsrin 90-cı illərinin ortalarında. Qeyd edək ki, fevralın birindən etibarən Ukrayna bir ay müddətinə BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. Yelçenkonun sözlərinə görə, fevralın 21-də Avropada münaqişələrlə bağlı nazirlər səviyyəsində görüşün keçirilməsini təşkil etmək niyyətindədir. Bu arada, Dağlıq Qarabağ münaqişəsi Tehranda İran və Ermənistanın müdafiə nazirləri arasında keçirilən görüşdə müzakirə olunub. Səfərin dəqiq səbəbi açıqlanmasa da, rəsmi məlumata görə, tərəflər regionda sülh və sabitliyin qorunub-saxlanması üzrə səylərin mühümlüyünü, həmçinin münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayıblar. Regiondakı gərginliyin başlıca səbəbkarı olan ölkənin təmsilçisi bu böhranın aradan qaldırılmasının vacibliyini vurğulayıb. Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin nizamlanmasında İranın rolunu alqışlayıb.
Münaqişənin həllində İranın rolu nəzərə çarpmasa da, Rusiyanın həmsədr kimi görə biləcəyi işlər çoxdur. Moskva dövlət beynəlxalq əlaqələr institutunun Qafqaz problemləri və regional təhlükəsizlik mərkəzinin baş elmi əməkdaşı Nikolay Silayev isə APA-ya müsahibəsində deyib ki, ölkəsi münaqişənin həllinin tərəfdarıdır. Amma Moskva münaqişəni Bakı və Yerevanın yerinə həll edə bilməz. Yalnız tərəflərin qərarı, səyləri və iradəsi bu problemi həll edə bilər. Qarabağ münaqişəsi ilə bağlı müzakirə olunan planlara gəlincə, Silaeyev hesab edir ki, yeni bir plan irəli sürmək çox çətin məsələdir. Çünki atəşkəsin imzalanmasından keçən 23 il ərzində mümkün olan bütün planlar artıq təklif olunub. Nizamlanma ilə bağlı bir neçə sənəd var - Kazan, Madrid və digər sənədlər. Aprel hadisələrindən əvvəl də, sonra da danışıqlar bu sənədlər üzərində aparılıb. Rusiyalı ekspertin qənaətincə, indiki vəziyyətdə bu münaqişə ilə bağlı kardinal olaraq yeni bir təklif vermək demək olar ki, mümkün deyil. Ona görə də, Rusiya hər zaman söyləyir ki, ilk növbədə tərəflər özləri razılığa gəlməlidir.

13:00 / 01.02.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 14627
Bu ay: 324779
Ümumi: 11307240
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın