/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

BMT-nin 72-ci sesiyası işinə başlayır

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının rəsmi açılış mərasimi keçirilir. Ən çox diqqət ABŞ prezidenti Donald Trampın bir gün sonra edəcəyi çıxışa yönəlib. O prezident seçildikdən sonra ilk dəfə iclasda çıxış edəcək. Fransa prezidenti Emmanuel Macron da prezident kimi ilk dəfə ali tribunadan dünyaya səslənəcək. 193 ölkə nümayəndəsinin iştirak etdiyi sessiyaya getməyən liderlər arasında Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel də var. Hər iki ölkə sesiyada xarici işlər nazirləri səviyyəsində təmsil olunacaqlar. Bmt-nin rəhbəri Antonio Guterreş sentyabrın 25-dək davam edəcək iclasa sədrlik edəcək. Liderlərin dünyadakı qaynar nöqtələrə diqqət ayıracağı gözlənir. Bunlardan birincisi şimali koreyanın BMT qadağalarına baxmayaraq, nüvə və ballistik raket proqramlarını davam etdirməsidir. Sentyabrın 21-də isə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası ABŞ-ın təşəbbüsü ilə kütləvi qırğın silahlarının yayılması ilə mübarizə üzrə yüksək səviyyəli toplantı keçirəcək. Həmçinin Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci iclası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı təmas qruplarının iclası da baş tutacaq. Iclasda Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq. Görüş zamanı regionda mövcud vəziyyət və son hadisələr müzakirə olunacaq.

13:00 / 18.09.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 14001
Bu ay: 324153
Ümumi: 11306614
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın