/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Prezident İlham Əliyev dövlət qurumlarına ciddi tapşırıq verdi

Şriftin ölçüsü:  11px13px15px17px

Prezident İlham Əliyev Abşeron rayonunda yenidən qurulan Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak edib. Dövlət başçısına görülən işlərlə bağlı ətraflı məlumat verildi. Qeyd edildi ki, Abşeron rayonunda 21 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad–Digah–Məmmədli avtomobil yolunun tikintisi üçün prezident İlham Əliyevin 2017-ci il 9 iyun tarixli sərəncamına əsasən 2,5 milyon manat vəsait ayrılıb. Tikinti işləri qısa müddətdə və yüksək səviyyədə həyata keçirilib. Yolun uzunluğu 9 kilometrə yaxındır. Ümumilikdə 12 metr enində yeni yol yatağı tikilib. Tikintidən sonra yolun hərəkət hissəsi 7-8 metrə qədər genişləndirilib. Prezident İlham Əliyevə Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisi haqqında da məlumat verildi. Bildirildi ki, 16 min nəfər əhalinin yaşadığı Mehdiabad, Fatmayı, Görədil yaşayış məntəqələrini birləşdirən avtomobil yolunun uzunluğu 6,5 kilometrdir. Prezident İlham Əliyevin sərəncamına əsasən bu yolun tikintisinə 1,8 milyon manat vəsait ayrılıb. Dövlət başçısı Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi. Sonra prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna baxdı. Qoruqdakı vəziyyətlə tanış olan dövlət başçısı burada şəraitin dözülməz olduğunu bildirdi. Qeyd etdi ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil. Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verdi ki, bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.

21:00 / 29.12.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 15153
Bu ay: 431499
Ümumi: 11958267
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın