/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Prezident İlham Əliyev 4 ölkə səfirinin etimadnaməsini qəbul etdi

Şriftin ölçüsü:  11px13px15px17px

Prezident İlham Əliyev bu gün Bosniya və Herseqovina, Ekvatorial Qvineya, Nigeriya və Monqolustanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib. Dövlət başçısı səfirlərlə söhbət zamanı ikitərəfli münasibətlər müzakirə olunub. Prezident İlham Əliyev Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bakir Sadoviçin etimadnaməsini qəbul etdi. Sonra prezident İlham Əliyevlə səfir arasında söhbət oldu. Söhbət zamanı ikitərəfli münasibətlərimizin çox yaxşı səviyyədə olduğu bildirildi, dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinin önəmi vurğulandı. Görüşdə, həmçinin Azərbaycanın Bosniya və Herseqovinanın aqrar sənayesinə investisiya qoyuluşunun, sosial və humanitar layihələrə dəstəyinin Bosniya və Herseqovinada yüksək qiymətləndirildiyi qeyd olundu. Prezident İlham Əliyev Ekvatorial Qvineyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Esono Miça Akenqin etimadnaməsini qəbul etdi. Sonra prezident İlham Əliyevlə səfirlə söhbət etdi. Dövlət başçısı, Xose Esono Miça Akenqin Azərbaycana bu səfərinin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli olacağına və onun Bakıda olarkən ölkəmizin müvafiq qurumlarının rəhbərləri ilə görüşləri zamanı əməkdaşlığımızın perspektivlərinin müəyyənləşdiriləcəyinə ümid etdiyini bildirdi. Səfir ölkələrimizin neft və qaz istehsalçısı olduğunu vurğulayaraq diplomatik fəaliyyəti dövründə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi. Prezident İlham Əliyev Nigeriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hamzat İbrahimin etimadnaməsini qəbul etdi. Dövlət başçısı Nigeriyanın Azərbaycan üçün qardaş ölkə olduğunu vurğulayaraq ölkələrimizin beynəlxalq səviyyədə, bmt və islam əməkdaşlıq təşkilatı çərçivəsində bir-birini dəstəkləməsinin əhəmiyyətini qeyd etdi. Dövlət başçısı, eyni zamanda, qarşılıqlı ticarətin səviyyəsinin artırılması, investisiya qoyuluşu, biznes sahəsində əməkdaşlıq imkanlarının müəyyən edilməsinin önəmini vurğuladı. Səfir Hamzat İbrahim Nigeriya prezidenti Məhəmməd Buxarinin salamlarını dövlətimizin başçısına çatdırdı. Həmçinin ölkələrimiz arasında möhkəm siyasi əlaqələrin olduğunu qeyd etdi. Prezident İlham Əliyev Monqolustanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bold Ravdanın etimadnaməsini qəbul etdi. Dövlət başçısı ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi və qeyd etdi ki, Azərbaycan tərəfi monqolustan hökuməti ilə qarşılıqlı maraq doğuran sahələrdə - siyasi, iqtisadi, mədəni sahələrdə gələcəkdə də birgə fəaliyyət göstərməkdə maraqlıdır. Görüşdə, eyni zamanda, idxal-ixrac, müdafiə sənayesi, sərmayə qoyuluşu, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi.

21:00 / 08.01.2018
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 1460
Bu ay: 372559
Ümumi: 12550946
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın