/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Bolqarıstan prezidenti Rumen Radev prezident İlham Əliyevə zəng edib

Şriftin ölçüsü:  11px13px15px17px

Bolqarıstan prezidenti Rumen Radev prezident İlham Əliyevə zəng edib. Rumen Radev dövlətimizin başçısını yeni il münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bolqarıstan prezidenti, eyni zamanda, bu yaxınlarda Bakıdan Sofiyaya birbaşa hava xəttinin açılması ilə bağlı prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dövlətimizin başçısı yeni açılmış Bakı-Sofiya hava xəttinin Azərbaycan-Bolqarıstan əməkdaşlığının daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Bolqarıstan prezidenti “Cənub qaz dəhlizi” layihəsinə toxunaraq bunun Avropanın qaz təchizatının şaxələndirilməsi baxımından əhəmiyyətini və bu layihədə Azərbaycanın həlledici rolunu xüsusi vurğulayıb, Azərbaycanın Bolqarıstanın qazlaşdırılması işində iştirakında ölkəsinin maraqlı olduğunu qeyd edib. Prezident İlham Əliyev bildirib ki, Cənub qaz dəhlizinin icrası uğurla davam etdirilir, bu il TANAP layihəsinin başa çatması gözlənilir və yaxın gələcəkdə Azərbaycan qazı Bolqarıstan ərazisinə çatdırılacaq. Söhbət zamanı Rumen Radev Azərbaycan prezidentini ölkəsinə rəsmi səfərə dəvət edib.

21:00 / 09.01.2018
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 37
Bu gün: 11857
Bu ay: 280012
Ümumi: 14414373
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın