/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Edvard Nalbandyan diqqəti yayındırmağa çalışır

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Avropa Parlamentinin xarici əlaqələr komitəsində çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar faktları, beynəlxalq hüququn norma və prinsiplərini təhrif etmək və cəfəng iddialar irəli sürməklə məşğuldur. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Nalbandyanın öz çıxışında istinad etdiyi BMT nizamnaməsi və Helsinki yekun aktında gücdən istifadə olunmaması prinsipi bilavasitə sərhədlərin zorla dəyişdirilməsinin qəbuledilməzliyi ilə bağlıdır və güc yolu ilə ərazi əldə edilməsini qadağan edir. “Ermənistan nəhayət, başa düşməlidir ki, münaqişənin həlli yalnız və yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür. Öz xalqını və beynəlxalq ictimaiyyəti çaşdırmaq əvəzinə Ermənistan Azərbaycan ərazilərinin işğalı, etnik təmizləmə siyasətini dayandırmalı və münaqişənin həlli prosesində beynəlxalq öhdəliklərini yerinə yetirməlidir. Ermənistan bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər də tez regionda davamlı sülh və təhlükəsizlik bərqərar olar”, -deyə Hikmət Hacıyev vurğulayıb.

19:00 / 22.02.2018
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 5
Bu gün: 7205
Bu ay: 211083
Ümumi: 8182201
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın