/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrini qəbul edib

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanı qəbul edib. Mehriban Əliyeva Azərbaycan ilə İran arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın əsrlər boyu malik olduğu mədəni, tarixi bağlantılara söykəndiyini qeyd edib. “Biz bu tarixi və mədəni irsə çox diqqətlə yanaşırıq”, - deyən birinci vitse-prezident bu gün dövlətlərimiz və xalqlarımız səviyyəsində, ölkələrimiz arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrin yaradılmasından məmnunluğunu ifadə edib. Abuzər İbrahimi Türkaman qeyd edib ki, ölkələrimiz arasında əlaqələr mədəni-tarixi bağlılıqlara əsaslanır və bu gün bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. Görüşdə bu il Naxçıvanın İslam mədəniyyəti, öz növbəsində, Təbrizin İslam turizmi paytaxtları elan olunması ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib, mədəniyyət və turizm sahəsində müxtəlif layihələrin həyata keçirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

19:00 / 23.02.2018
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 7
Bu gün: 4695
Bu ay: 167154
Ümumi: 8138272
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın