Online xəbərlər
EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 12521 Polyarizasiya H Axın sürəti 4340 FEC 1/2  ||  EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 11861 Polyarizasiya R Axın sürəti 27500 FEC 3/4  ||  HOT BIRD 6/7A/8 at 13.0° Tezlik 12149 Polyarizasiya V Axın sürəti 27500 FEC 3/4  ||  
Xəbərlər

Cəmiyyət

Vaşinqton Rusiyanı NATO-ya cəlb edir

Şriftin ölçüsü:  11px13px15px17px

Birləşmiş Ştatlar Rusiyanı öz tərəfinə çəkməyə çalışır. İranın nüvə məsləsində istəyinə nail olan Vaşinqton indi Moskva və NATO arasındakı problemi həll etməyə çalışır. Amerikanın dövlət katibi Hillari Klinton Şimali Atlantika Alyansını Rusiyayla təhlükəsizlik məsələləri istiqamətində əməkdaşlığa çağırıb. Həmçinin o, Avropada raketdən müdafiə kompleksi yerləşdirmək planına da Moskvanı cəlb etmək arzusundadır. Hillari Klinton Rusiya ilə yeni hərtərəfli əməkdaşlığın NATO-ya qlobal təhlükələri dəf etmək üçün vacib olduğunu bildirib. Vaşinqtonun Avropada raketdən müdafiə kompleksləri quraşdırmaq məsələsinə də toxunan Klinton rəsmi Kremlin bu istiqamətdəki narahtçılığını aradan qaldırmağa çalışıb. Nüvə təhlükəsi əsasən hansı dövlətlərdən gözlənilir? Məsələsinə aydınlıq gətirən xanım Klinton Şimali Koreya və İranın adını çəkib. O, NATO-nun terrorizm və nüvə problemiylə mübarizə aparacağını bildirib. Vaşinqtonda səfərdə olan NATO-nun baş katibi Anders Foq Rasmussen də Rusiyayla əməkdaşlıq məsələsinə toxunub. Əfqanıstandakı əməliyyatlara da toxunan Şimali Atlantika Alyansının rəhbəri artıq konkret nəticələrin əldə olunduğunu bildirib. Həmçinin o, təhlükəsizliyə nəzarətin bu ildən etibarən yerli əfqan qüvvələrinə verilməsinə başlanacağını qeyd edib.

13:00 / 23.02.2010
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 9
Bu gün: 498
Bu ay: 20061
Ümumi: 3323529
Ölkə: United States

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın