Online xəbərlər
EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 12521 Polyarizasiya H Axın sürəti 4340 FEC 1/2  ||  EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 11861 Polyarizasiya R Axın sürəti 27500 FEC 3/4  ||  HOT BIRD 6/7A/8 at 13.0° Tezlik 12149 Polyarizasiya V Axın sürəti 27500 FEC 3/4  ||  
Xəbərlər

Cəmiyyət

5 şəhərin baş planı hazırlanır

Şriftin ölçüsü:  11px13px15px17px

Gələcəkdə Ağstafa və Qazax rayonları birləşdiriləcək. Hər iki rayonda həm əhalinin artım səviyyəsi, həm də şəhər iqtisadiyatının sürətli inkişafı buna imkan verir. «Azərinşaat» layihə institutu tərəfindən hazırlanan şəhərlərin baş plan layihəsində bu məsələlər də öz əksini tapıb. «Azərinşaat» Layihə İnstitutu tərəfindən 5 şəhərin - Qəbələ , Oğuz , İmişli , Ağstafa və Qazaxın baş planı artıq hazırlanıb. Artıq xəritələşdirmə işləri də başa çatdırılıb. Layihələrin tam dəqiqliklə hazırlanması üçün peyk vasitəsi ilə kosmosdan çəkilən şəkillərdən də istifadə olunub. Ağstafanın baş planına əsasən şəhərin qərb hissəsi ilə yanaşı şərq hissəsi də inkişaf etdiriləcək. İlkin mərhələdə şəhərdə fəaliyyət göstərən, lakin istismar müddəti bitmiş müəsisələr kənara köçürüləcək. Sənaye müəsisələri üçün xüsusi ərazilər də ayrılıb. Əhalinin artım tempini nəzərə alaraq yeni yaşayış və turizm mərkəzləri də tikiləcək. Qazax rayonuna gəlincə, burda aparılacaq işlərdən birincisi Qazax-Gürcüstan magistral yolunun şəhərdən kənara çıxarılmasıdır. Qazax ərazisində iri zavodların tikintisi də nəzərdə tutulub. Qəbələ , Oğuz , İmişli şəhərlərinin baş planında isə əsasən turizm mərkəzlərinin inkişaf etdirilməsi nəzərdə tutulub. Layihələrin hazırlanmasında şəhərlərin iqtisadi və yaşayış imkanları nəzərdə tutulub. Baş plan layihələri təsdiq olunması üçün dövlət tikinti və arxitektupa komitəsinə təqdim edilib.

13:00 / 06.03.2010
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 8
Bu gün: 262
Bu ay: 19825
Ümumi: 3323293
Ölkə: United States

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın