
Dövlət Sosial Müdafiə Fondunda 8 Mart beynəlxalq qadınlar günü münasibəti ilə bir qrup pensiyaçı gimnast xanımla görüş keçirilib. Bildirilib ki, ölkəmizdə idmanın sürətli inkişafı və qazanılan nailiyyətlər bu sahədə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində mümkün olub. Gimnast xanımlar onlara göstərilən diqqət və qayğıya görə Gimnastika Federasiyasının prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdar olduqlarını bildiriblər. Tədbirin sonunda pensiyaçı gimnast xanımlara xatirə hədiyyələri təqdim olunub.
16:00 / 09.03.2010