
İkili mühasibat və əmək haqqlarının leqallaşdırılması ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun apardığı araşdırmaların nəticəsi açıqlanıb. Bu barədə fondun sədri Səlim Müslümov məlumat verib. Araşdırmalar göstərib ki, bununla bağlı özəl sektorda problemlər və nöqsanlar daha çoxdur.
Amma monitorinqlər yalnız tibb sektoru ilə yekunlaşmır. Fond hazırda iri ticarət obyektləri, şadlıq sarayları, restoran və nəqliyyat sahəsində araşdırmaları davam etdirir. Monitorinqlər tikinti sektorundan da yan ötməyəcək. Səlim Müslümov onu da bildirdi ki, fond həmçinin avtomatlaşdırılmış pensiya təyinatı sisteminin qurulması ilə bağlı işləri də davam etdirir. Bunun üçün qeydiyyatda olan 1 milyon 650 mindən yuxarı insanın 2006-cı ilə qədər olan əmək stajı haqqında məlumat toplanır.
Pensiya təyinatı sisteminin qurulması ilə bağlı işlər payızda yekunlaşacaq.
16:00 / 09.03.2010