
Samux polisi anonim zəng əsasında xeyli sayda silah-sursat aşkarlayıb. Polis əməkdaşları Gəncə-Kür yolunun Samux rayonu ərazisindən keçən hissəsində yolun kənarında şübhəli 3 torba götürüblər. Tapılan silahların döyüş üçün yararlı olduğu bildirilir. Onların hər hansı bir cinayət əməlində istifadə olunub-olunmadığını müəyyənləşdirmək istiqamətində təhqiqat aparılır.
19:00 / 09.03.2010