Online xəbərlər
EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 12521 Polyarizasiya H Axın sürəti 4340 FEC 1/2  ||  EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 11861 Polyarizasiya R Axın sürəti 27500 FEC 3/4  ||  HOT BIRD 6/7A/8 at 13.0° Tezlik 12149 Polyarizasiya V Axın sürəti 27500 FEC 3/4  ||  
Xəbərlər

Cəmiyyət

Bioqaz qurğularının geniş tətbiqinə ehtiyac var

Şriftin ölçüsü:  11px13px15px17px

6 il öncə qəbul olunan «Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması» üzrə dövlət proqramı bu sahənin inkişafına təkan verib. Bu günə kimi həyata keçirilən uğurlu layihələrdən biri də bioqaz qurğularının yaradılmasıdır. İlk dəfə sınaq məqsədi ilə Qubanın Digah kəndində quraşdırılan belə bir qurğu vasitəsilə həm qaz, həm də gübrə əldə etmək mümkündür. Bioqaz qurğularının yaradılması ilə bağlı layihənin icrasına 2009-cu ildən başlanılıb. Qubanın Digah kəndində quraşdırılan qurğu vasitəsi ilə artıq ötən ilin sentyabrından qaz əldə olunur. İri buynuzlu heyvanların peynindən qaz almaq üçün nəzərdə tutulan bioqaz qurğuları dünya praktikasında çoxdan istifadə olunur. Hər bir təsərrüfat sahibi fermasında, tövləsində olan təzə peyini bu qurğuya tökərək həm qaz, həm də gübrə ala bilər. Qurğular isə təyinatından aslı olaraq müxtəlif ölçülərdə olur. 5 tonluq çənə malik qurğu gün ərzində 5-8 kub metr qaz verir. Alınan qazı isə məişətdə və ya istixanaların qızdırılmasında istifadə etmək mümkündür. Qazın davamlı olması üçün gün ərzində qurğuya 75 kq peyin və 130 litr su tökmək lazımdır. Belə qurğuların istehsalı artıq olkəmizdə də həyata keçirilir. Artıq şimal bölgəsində bu alternativ enerji mənbəyi bir çox fermerlərin marağına səbəb olub. Yaxın vaxtlarda respublikanın digər rayonlarında da bu cür, amma daha çox - 15 kub metr qaz vermə gücünə malik bioqaz qurğularının quraşdırılmasına başlanılacaq.

13:00 / 10.03.2010
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 6
Bu gün: 498
Bu ay: 20061
Ümumi: 3323529
Ölkə: United States

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın