Online xəbərlər
EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 12521 Polyarizasiya H Axın sürəti 4340 FEC 1/2  ||  EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 11861 Polyarizasiya R Axın sürəti 27500 FEC 3/4  ||  HOT BIRD 6/7A/8 at 13.0° Tezlik 12149 Polyarizasiya V Axın sürəti 27500 FEC 3/4  ||  
Xəbərlər

Cəmiyyət

3 il ərzində ölkənin 95 faiz yaşayış məntəqəsi tam qazlaşdırılacaq

Şriftin ölçüsü:  11px13px15px17px

Yaxın illərdə ən ucqar dağ kəndlərinin əksəriyyətində mavi qazdan istifadə ediləcək. Nəzərdə tutulub ki, ən azı 3 il müddətinə ölkənin 95 faiz yaşayış məntəqəsi tam qazlaşdırılsın. Bu barədə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Hacıqabulda keçirdiyi müşavirədə məlumat verib. İyul ayında Hacıqabul rayonunda müasir tələblərə cavab verən qaz təsərrüfatı istifadəyə veriləcək. Bununla da rayon mərkəzində qaz sarıdan yaşanan çətinliyə birdəfəlik son qoyulacaq. Eyni zamanda 12 kənd də tam qazlaşdırılacaq. Dövlət Neft Şirkəti qazlaşdırılan ərazilərin genişləndirilməsinə nail olmaq üçün şəhərdaxili qaz kəmərlərinin çəkilməsi ilə bərabər, digər iri layihələrin icrasını da həyata keçirir. Qazın paylanılmasnda önəmli əhəmiyyət daşıyan Hacıqabul kompressor stansiyası hazırda yeniləşdirilir. Stansiyaya baxış keçirən Rövnəq Abdullayev bildirdi ki, qazın istehsalını artırmaq və etibarlı saxlanılmasını təşkil etmək istqamətində də işlər görülür. Qış aylarında çətinlik yaranmasın deyə artıq anbarlara qazın vurulmasına da başlanılıb. Planlaşdırılıb ki, ehtiyyat olaraq anbarlara 3 milyard kubmetr qaz doldurulsun.

13:00 / 12.04.2010
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 9
Bu gün: 491
Bu ay: 20054
Ümumi: 3323522
Ölkə: United States

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın