Online xəbərlər
EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 12521 Polyarizasiya H Axın sürəti 4340 FEC 1/2  ||  EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 11861 Polyarizasiya R Axın sürəti 27500 FEC 3/4  ||  HOT BIRD 6/7A/8 at 13.0° Tezlik 12149 Polyarizasiya V Axın sürəti 27500 FEC 3/4  ||  
Xəbərlər

Cəmiyyət

Məcburi köçkünlərin məskunlaşdığı qəsəbələr və cəbhəyanı kəndlər qazlaşdırılır

Şriftin ölçüsü:  11px13px15px17px

Ağdamda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələr və rayonun təmas xəttinə yaxın kəndlərinə qaz xəttinin çəklişinə başlanıb. Yaşayış məntəqələrinin qazlaşdırılması üçün Tərtər qaz tənzimləyici stansiyasına qoşulacaq kəmərin çəklişinə də start verilib. Qısa müddətdə 2000-dək ailənin mavi yanacaqla təmin olunması gözlənilir. Müharibə şəraitində yaşayan Ağdam rayonuna 17 illik fasilədən sonra təbii qaz verilir. Layihə regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində həyata keçirilir. Tikinti-quraşdırma işlərində 200 nəfərdən çox rayon sakini çalışmaq imkanı da qazanıb. Bu rəqəmin yaxın günlərdə iki dəfə artacağı gözlənilir. Hazırda rayonun 5 yaşayış məntəqəsində qazlaşdırma işi aparılır. Gələn həftədən isə 10-dan artıq kənd və qəsəbəyə qaz xəttinin çəklişinə başlanacaq. Ölkə başçısının göstərişi ilə müharibədən zərərçəkmiş və təmas xəttindən 3 kilometrlik məsafədə yaşayan əhalinin sosial iqtisadi vəziyyəti və məişət şəraitinin yaxşılaşdırılması üçün yeni layihələr hazırlanır. Proqramda düşmən atəşi və digər hərbi əməliyyatlar nəticəsində məhv olmuş qaz, su, rabitə təhsil, səhiyyə müəssisələrinin bərpası, əlil və şəhid ailələrinin problemlərinin həlli nəzərdə tutulur. Əvvəllər rayonda 13300 abunəçi mavi yanacaqla təmin edilib. 1993-cü ildə Ağdam şəhərinin işğalından sonra qazın verilməsi dayandırılıb. Bu 17 il ərzində istifadəsiz qalan boruların bir qismi hərbi əməliyyatlar nəticəsində məhv olub, bir qismi isə çürüyüb sıradan çıxıb. Elə bu səbəbdən də qaz sistemi tamamilə yenidən qurulur. Rayonun bütün yaşayış məntəqələrinə 2013-cü ilədək mavi yanacağın verilməsi planlaşdırılıb.

13:00 / 15.04.2010
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 6
Bu gün: 498
Bu ay: 20061
Ümumi: 3323529
Ölkə: United States

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın