/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

671 kiloqram narkotik maddə müsadirə olunub

Şriftin ölçüsü:  11px13px15px17px

Bu ilin 6 ayı ərzində hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyatlar zamanı 671 kiloqramdan artıq müxtəlif növ narkotik maddə müsadirə olunub. Həmin müddətdə narkotiklərlə mübarizə sahəsində 1616 cinayət faktı qeydə alınıb. Dövriyyədən ümumi çəkisi 671 kiloqramdan çox narkotik vasitə çıxarılıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə dövlət komissiyasının işçi qrupunun rəhbəri Məzahir Əliyev deyir ki, müsadirə olunan narkotik maddələrin 296 kiloqrama yaxınını həşiş təşkil edir. 145 kiloqrama yaxın marixuana, 93 kiloqrama yaxın tiryək, 57 kiloqramdan çox heroin, 6 kiloqramdan çox psixotrop maddə, 50 kiloqrama yaxın prekursorlar və 25 kiloqramdan çox digər narkotik tərkibli maddələr müsadirə olunub. Müsadirə olunan narkotiklərin böyük əksəriyyəti İrandan gətirilib. Məzahir Əliyev deyir ki, narkomaniyanın yayılmasının əsas səbəblərindən biri elə narkotik ticarətçilərinin ölkə ərazisindən tranzit kimi istifadə etməsidir. Cinayət faktları üzrə 45 xarici ölkə vətəndaşı məsuliyyətə cəlb olunub. Müsadirə edilən narkotiklərin 262 kiloqramı məhz onların payına düşür. Saxlanılan xarici vətəndaşların 28-i İran, 9-u Rusiya Federasiyası, 4-ü Gürcüstan, 4-ü isə Əfqanıstan vətəndaşıdır.

16:00 / 25.07.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 14659
Bu ay: 402032
Ümumi: 13226330
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın