/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Turizm mərkəzində qış mövsümünə hazırlıq yekunlaşmaq üzrədir

Şriftin ölçüsü:  11px13px15px17px

Qışın yaxınlaşması turizm obyektlərində mövsümə hazırlıqları sürətləndirib. Şahdağ turizm mərkəzində analoji proses yekunlaşmaq üzrədir. Qarlı, şaxtalı günlərdə bura üz tütacaq turistlər xizək sürmək və kanatlarda gəzməklə yanaşı, digər əyləncələrdən də yararlana biləcəklər. Şahdağ Turizm Mərkəzində qış mövsümünə dekabrın 10-da start verilməsi nəzərdə tutulub. Açılışa sayılı gunlər qaldığından istirahət məkanında hazırlıq işləri sürətləndirilib. Xizək yolları və kanat xətləri tam hazır vəziyyətə gətirilmək üzrədir. Artıq həmin kanat xətlərindən 2-si fəaliyyətə başlayıb. Bu günlərdə Şahdağ Turizim Mərkəzinə yolu düşənlər xizək sürə bilməsə də, qarla örtülü Şahdağın gözəliklərini bu kanatlar vasitəsilə yüksəklikdən seyr edə biləcərlər. Digər 12 kanat xətti isə mövsümün ilk günündən turistlərin ixtiyarında olacaq. Xizək həvəskarlarına gəldikdə, onlar bu qış 14 xizək yolundan istifadə edə biləcəklər. Şahdağa qış aylarında qarın yağmaması elə də problem olmayacaq. Bu qurğular vasitəsi ilə hər an ərazidə süni qar yaratmaq mümkün olacağ. Bir şərtlə ki, havanın temperaturu ən azı mənfi 1-2 dərəcə olsun. Xizək yollarını qarla təmin etmək məqsədilə ərazidə ümumilikdə 152 süni qar yaradan qurğu mövcuddur. Artıq həmin qurğular da işlək vəziyyətə gətirilib. Hazırda ərazidə qar az olduğundan xizək yollarına süni qar vurulur.
Xizək sürmək istəyən, lakin bunu bacarmayanlar üçün bu il də xizək məktəbi fəaliyyət göstərəcək. Bundan başqa, şahdağa ziyarətə gələnlər xizək və kanatlarla yanaşı, digər qış əyləncələrinin də dadını çıxara biləcəklər. Burada qalmaq istəyən turistlərin ixtiyarında isə 4 otel var. Həmin otellərdə də qonaqları yüksək səviyyədə qəbul etmək məqsədilə son hazırlıq işləri görülür. Mövsümə hələ start verilməməsinə baxmayaraq, turistlər şahdağa gəlməyə başlayıblar. Qış əyləncələri açılmadan onları bura cəlb edən isə şahdağın saf havası və qarla ortülü gözəl təbiətidir. İndidən Şahdağa turistlərin həvəs göstərməsi qış aylarında ziyarətçilərin çox olacağından xəbər verir.

Yusif Mahmudov

13:00 / 29.11.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 1387
Bu ay: 372486
Ümumi: 12550873
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın