/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Bələdiyyələrlə bağlı məruzə plenar iclasa çıxarılır

Şriftin ölçüsü:  11px13px15px17px

Milli Məclisin regional məsələlər komitəsinin iclasında ədliyyə nazirliyi yanında bələdiyyələrlə iş mərkəzinin məruzəsi müzakirə olunub. 2017-ci ildə bələdiyyələrin qanunsuz fəaliyyəti ilə bağlı 15 cinayət işinin başlanıldığı qeyd edilib. 2016-cı illə müqayisədə nöqsanların nisbətən azaldığı vurğuanıb. Ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirdi ki, ötən il bələdiyyələr tərəfindən tərtib edilən 1979 aktın dəyişdirilməsi və ya ləğv edilmısi ilə bağlı nazirlik tərəfindən bələdiyyələrə təkliflər verilib. Bu təkliflər əsasında 741 akt ləğv edilib. 714-ü isə dəyişdirilib. Qanun pozuntularının qarşısının alınması ilə bağlı bir sıra işlər görülüb. Nazir müavinin sözlərinə görə 2636 hektar torpaq sahəsinin bələdiyyələr tərəfindən qanunsuz verilməsi halları aşkar olunub. 15 fakt üzrə cinayət işi başlanılıb. Məruzə dinlənildikdən sonra komitə üzvləri bir sıra təkliflərlə çıxış etdilər. Gələcəkdə işində nöqsanlara yol verən bələdiyyələrlə yanaşı daha yaxşı çalışan nümunavi özünü idarəetmə orqanlarının hesabatda göstərilməsi təklif olundu. Millət vəkili Fəzail İbrahimli son illərdə Ədliyyə Nazirliyi tərəfindən aparılan maarifləndirmə işlərinin müsbət nəticə verdiyini söylədi. Bunun nəticəsi kimi bələdiyyə fəaliyyətində nöqsanların azaldığını vurğuladı. Millət vəkili Fəttah Heydərov bələdiyyələri ölkəmizin ictimai-siyasi həyatında daha fəal olmağa, 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkilərində yaxından iştirak etməyə çağırdı. Müzakirələrdən sonra bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi parlamentin plenar iclasına tövsiyyə olundu.

Mehman Davudoğlu

19:00 / 06.02.2018
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 11
Bu gün: 7712
Bu ay: 290904
Ümumi: 7435454
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın