
Adın və soyadın dəyişdirilməsi ilə bağlı müraciətlərin sayında artım qeydə alınıb. Müəyyən yaşa çatdıqdan sonra adın dəyişdirilməsi də bir sıra psixoloji problemlər yaranır. Ekspertlər valideynləri ad seçimində diqqətli olmağa çağırır. Uşaqlara qoyulan bəsit adlar sonradan onların müəyyən komplekslər yaşamasına səbəb olur. Hətta onlarda adını dəyişdirmək israrı yaradır. Xüsusilə ay, mövsüm, meyvə, heyvan adlarının insana verilməsi mütəxəsislər tərəfindən arzuolunan hesab olunmur. Gülünc səslənən adlar uşaqlarda ciddi ünsiyyət problemi yaradır, onlar cəmiyyətdən özlərini uzaq tutmağa çalışırlar. Avropadan gələn adların da sayında artım müşahidə olunur. Xüsusilə xarici serial qəhrəmanlarının adlarının uşaqlara verilməsi tövsiyə olunmur. Zamanında bu adlar dəbdə olsa da sonradan aktuallığını ititrir. Mütəxəssislər milli , tarixi adlarımıza üstünlük verməyi tövsiyə edirlər. Bu sahədə mövcud problemləri nəzərə alaraq adlar və soyadlar haqqında qanun layihəsi hazırlanır. Qeyd edək ki hazırda adların qoyulması nazirlər kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə tənzimlənir. Uşağın mənafeyinə, xələl gətrə biləcək, cinsinə uyğun olmayan, habelə gülünc səslənən adların verlməsinə yol verilmir.
Elmira Manaflı
19:00 / 07.02.2018