Online xəbərlər
EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 12521 Polyarizasiya H Axın sürəti 4340 FEC 1/2  ||  EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 11861 Polyarizasiya R Axın sürəti 27500 FEC 3/4  ||  HOT BIRD 6/7A/8 at 13.0° Tezlik 12149 Polyarizasiya V Axın sürəti 27500 FEC 3/4  ||  
Xəbərlər

İqtisadiyyat

Regionların sosial iqtisadi inkişafı haqqında dövlət proqramının qəbulundan 6 il ötür

Şriftin ölçüsü:  11px13px15px17px

2004-2008-ci illəri əhatə edən «Regionların sosial - iqtisadi inkişafı dövlət proqramı»-nın qəbulundan 6 il ötür. Bu proqram ölkəyə çox şey verdi. İlk növbədə isə analoqu olmayan iqtisadi inkişaf, yeni-yeni iş yerləri. Hazırda icrası yekunlaşan proqramın davamı orlaraq, daha təkmili hazırlanıb. «Proqramın icrasının təmin edilməsi məqsədilə prezident İlham Əliyev bir sıra fərman, sərəncam və tədbirlər planı imzalayıb. Bunun nəticəsidir ki, az müddətdə regionların tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, bölgələrdə sahibkarlığın, özəl sektorun yüksələn xətt üzrə inkişafı təmin edilib. Ən əsası isə odur ki, ölkə iqtisadiyyatının neft amilindən asıllığı aradan qaldırılaraq, qeyri-neft sektoru daha sürətlə inkişaf etməyə başladı. Rəqəmlərə müraciət etsək, görərik ki, proqrama əsasən, 6 min 194 sahibkara, 236 milyon manat kredit verilib. Proqramın icrası müddətində iqtisadiyyat 96 faiz artıb. Burada büdcə daxilolmalarının 50 faizi regionların payına düşür. 75 min hüquqi, 340 min sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxs yaradılıb. Naxçıvan Muxtar Respublikasında qaz kəməri, diaqnostika mərkəzi, modul elektrik stansiyası və mehmanxana, Gəncədə beynəlxalq hava limanı, İmişlidə şəkər zavodu və olimpiya idman kompleksi, Şəkidə modul elektrik stansiyası, meyvə şirəsi zavodu, Astara və Xaçmazda modul elektrik stansiyası, Lənkəranda stadion, Mingəçevirdə kompüter istehsalı müəssisəsi, Şamaxıda avtombil zavodu bu proqram çərçivəsində inşa edilən ən iri müəssisələrdəndir. Proqramın icrası dövlət xəzinəsinin gəlirlərinə də təsirini göstərdi. 2004-cü ildə 1,5 milyrad manat olan büdcə gəlirləri 2008-ci ildə 10 milyard manata kimi yüksəldi. Azərbaycan iqtisadiyyatı dünyada analoqu olmayan templə inkişaf etdi. Ölkədə yoxsulluq həddi aşağı düşdü. Bu isə proqram çərçivəsində 650 minə yaxın yeni iş yerinin yaradılması ilə mümkün olub. Proqram 2008-ci ildə icra müddətini uğurla başa vurdu. Prezident İlham Əliyev sənədin davamı olaraq, 2009-cu ilin aprel ayında regionların 2009-2013-cü illər üzrə sosial-iqtisadi inkişafı dövlət proqramını təsdiqlədi. Proqram rayon, kənd əhalisinin yeni iş yerlərilə təminini nəzərdə tutur. Yeni dövlət proqramında elm, təhsil, səhiyyə və digər sosial sahələrə də diqqət yönəldilib.

13:00 / 11.02.2010

Oxşar xəbərlər

- Mehriban xanım Əliyeva «Türk dünyasına xidmət» mükafatına layiq görülüb
- Prezident İlham Əliyev Ağdam rayonunda olub
- Akademik Şəfaət Mehdiyevin 100 illik yubileyi keçiriləcək
- Kənd təsərrüfatı işçilərinin peşə bayramı günüdür
- Kənd təsərrüfatı işçilərinin peşə bayramı günüdür
- Türkiyə Həştərxan bəyannaməsini alqışlayır
- Azərbaycan və Ermənistan prezidentləri Həştərxanda görüşəcək
- Prezident İlham Əliyev ABŞ-ın mudafiə naziri Robert Qeytsi qəbul edib
- Belarus səfirliyinin yeni binasının təməli qoyuldu
- Böyük vətən müharibəsi iştirakçılarına birdəfəlik müavinatlar verilir
- Görkəmli oftalmoloq - alim, akademik Zərifə Əliyevanın doğum günüdür
- Stavropol vilayətinin qubernatoru ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib
- Dəvəçi rayonu Şabran adlandırılacaq
- Sahibkarlıq sahəsində yoxlamalar azaldılacaq
- Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi keçiriləcək
- Qax rayonu icra hakimiyyətin başçisi dəyişdirildi
- Prezident İlham Əliyev Estoniya Xarici İşlər Nazirliyində məruzə ilə çıxış etdi
- Yüksək səviyyəli Azərbaycan-Estoniya danışıqları baş tutub
- Prezident İlham Əliyev Estoniyada dövlət səfərindədir
- Tikinti kompleksində səhmləri dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlər özəlləşdiriləcək
- Azərbaycan-Estoniya əlaqələri yeni inkişaf mərhələsindədir
- Ucar rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
- KİV-ə Dəstək Fondunun yaradılmasından bir il keçir
- Prezident İlhami Əliyev Sinqapurun xarici işlər nazirini qəbul edib
- Dövlət Miqrasiya Xidmətinin yaranmasından 3 il ötür
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 7
Bu gün: 492
Bu ay: 20055
Ümumi: 3323523
Ölkə: United States

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın