Online xəbərlər
EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 12521 Polyarizasiya H Axın sürəti 4340 FEC 1/2  ||  EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 11861 Polyarizasiya R Axın sürəti 27500 FEC 3/4  ||  HOT BIRD 6/7A/8 at 13.0° Tezlik 12149 Polyarizasiya V Axın sürəti 27500 FEC 3/4  ||  
Xəbərlər

İqtisadiyyat

Azərbaycan və Suriya razılaşma əldə edib

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan və Suriya təbii qazın alqı-satqısına dair memorandumun imzalanması ilə bağlı razılaşma əldə edib. «Suria-Oil» portalının məlumatına görə, sənaye və enegetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Dəməşqdə keçirdiyi görüşlər zamanı tərəflər ildə 1-1,5 milyon kubmetr təbii qazın ixracına dair razılığa gəliblər və iki ölkə arasında bununla bağlı ilkin sənəd imzalanıb. Tərəflər həmçinin birgə müəssisənin yaradılması planlarını da müzakirə ediblər. Müəssisə neft və qaz mənbələrinin araşdırılması və istehsalı sahəsində işləyəcək. Suriyanın neft və mineral ehtiyatlar naziri Sufian Əl-Allao bildirib ki, Azərbaycan qazından ilk növbədə Suriyanın tələbatı ödəniləcək. Qalan həcm isə Livan-İordaniya-Misir-Yunanıstan kəməri vasitəsi ilə İtaliyaya ixrac ediləcək.

13:00 / 03.03.2010
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 9
Bu gün: 276
Bu ay: 19839
Ümumi: 3323307
Ölkə: United States

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın