
Aprel ayının birindən Rusiya Ermənistana satdığı qazın qiymətini artıracaq. Artıq tərəflər arasında razılıq əldə edlib. «Qazprom»-un bu siyasəti Ermənistan vətəndaşlarının narazılığına səbəb olub.
Ermənistanın «Armrosqazprom» şirkəti artıq razılıq əldə olunduğunu təsdiqləyib. Səhmlərinin 80 faizi «Qazprom»-a aid olan «Armrosqazprom» aprelin birindən etibarən Ermənistana satacağı mavi yanacağın hər min kub-metrinə görə 180 dollar istəyəcək. Son danışıqlaradək Ermənistan «Qazprom»-dan aldığı qaza görə 154 dollar ödəyib. «Qazprom»-un son qərarı aprel ayından Ermənistan əhalisinə satılacaq mavi yanacağın qiymətinin 40 faiz artmasına səbəb olacaq. Ekspertlərin fikrincə, böhranın təsirini hələ də hiss edən Ermənistan üçün bu ağır zərbədir. Qazın bahalaşması ölkənin kommunal sektoruna təsir göstərəcək. Əhalinin istehlak etdiyi elektrik enerjisinin, suyun, nəqliyyatın və yanacağın da bahalaşacağı istisna edilmir. Bahalaşma xəbəri Ermənistanda narazılığa səbəb olub. Ölkə vətəndaşları bunu ədlətsiz addım adlandırıblar. Ölkə rəsmilər isə «Qazprom»-un bu siyasətinə mane ola bilmədiklərini etiraf ediblər. İllik tələbatı 1,5 milyon kub-metr olan Ermənistan indi alternativ varinatlar axtarışındadır. Rəsmi Yerevan ümidini İrana bağlayıb. İran Ermənistana 140 km uzunluğundan olan qaz kəməri çəkmək niyyətindədir. İlkin mərhələdə xətt Ermənistana ildə 400 milyon kub-metr qaz nəql etməlidir. Amma rəsmi Yerevan bu məsələylə bağlı Moskvanın razılığını ala bilmir.
16:00 / 04.03.2010