
Azərbaycan uğurlu inkişafını 2010-cu ildə də davam etdirəcək. Regionların sosial iqitsadi inkişafına dair dövlət proqramında paytaxtla yanaşı, rayon və kənd əhalisinin də yeni iş yerlərilə təmini nəzərdə tutulur. Bu il həmçinin turizm, elm, təhsil, səhiyyə və digər sosial sahələrin inkiaşfına da xüsusi diqqət ayrılacaq.
6 il əvvəl qəbul edilən, 2004-2008-ci illəri əhatə edən «Regionların sosial iqtisadi inkişafı haqqında» dövlət prqqramının icrası ilə Azərbaycana analoqu olmayan iqtisadi inkişaf qeydə alındı, yeni iş yerləri yaradıldı. Hazırda icrası yekunlaşan proqramın davamı daha təkmil hazırlanıb. Layihənin icrasının təmin edilməsi məqsədilə prezident İlham Əliyev bir sıra fərman, sərəncam və tədbirlər planı imzalayıb. Bunun nəticəsidir ki, az müddətdə regionların tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, bölgələrdə sahibkarlığın, özəl sektorun yüksələn xətt üzrə inkişafı təmin edilib. Ən əsası, ölkə iqtisadiyyatının neftdən asılılığı aradan qaldırılıb. Qeyri-neft sektoru daha sürətlə inkişaf edib. Dövlət proqrama əsasən, 6 min 194 sahibkara, 236 milyon manat kredit verilib. Proqramın icrası müddətində iqtisadiyyat 96 faiz artıb. Burada büdcə daxilolmalarının 50 faizi regionların payına düşür. Reionlarda yeni qaz kəmərləri, diaqnostika mərkəzləri, modul tipli elektrik stansiyaları və mehmanxanalar, beynəlxalq hava limanı, şəkər zavodu, olimpiya idman kompleksləri, avtomobil zavodları, stadionlar inşa olunub. Proqramın icrası dövlət xəzinəsinin gəlirlərinə də təsirini göstərib. 2004-cü ildə 1,5 milyard manat olan büdcə gəlirləri 2008-ci ildə 10 milyard manatadək yüksəldi. Proqram çərçivəsində 650 minədək yeni iş yerinin yaradılması sahəsində ölkədə yoxsulluq həddi aşağı düşdü. Beləliklə, proqram 2008-ci ildə icra müddətini uğurla başa vurdu. Sənədin davamı olaraq, prezident İlham Əliyev 2009-cu ilin aprel ayında regionların 2009-2013-cü illər üzrə sosial-iqtisadi inkişafı dövlət proqramını təsdiqlədi. Proqram paytaxtla yanaşı, rayon və kənd əhalisinin yeni iş yerlərilə təminini nəzərdə tutur. Yeni dövlət proqramında turizm, elm, təhsil, səhiyyə və digər sosial sahələrə də xüsusi diqqət yönəldilib.
13:00 / 06.03.2010