Online xəbərlər
EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 12521 Polyarizasiya H Axın sürəti 4340 FEC 1/2  ||  EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 11861 Polyarizasiya R Axın sürəti 27500 FEC 3/4  ||  HOT BIRD 6/7A/8 at 13.0° Tezlik 12149 Polyarizasiya V Axın sürəti 27500 FEC 3/4  ||  
Xəbərlər

İqtisadiyyat

Abunəçilərin təbii qazla təminatında olan problemlər həll olunub

Şriftin ölçüsü:  11px13px15px17px

Cəlilabadda abunəçilərin mavi qazla təminatında yaranmış problemlər artıq aradan qaldırılıb. Rayonda qaz təsərrüfatında aparılan yeniləşmədən sonra qaz təchizatı yaxşılaşıb. Rayondakı mövcud qaz kəmərlərinin əksər hissəsi, xüsusilə də daşıyıcı qaz kəmərləri köhnəldiyindən uzun illər idi ki əhali qaz sarıdan əziyyət çəkirdi. Kəmərlərin bərbad vəziyyətdə olması qaz itkisinə səbəb olurdu ki, bunun da nəticəsində mənzillərin mavi yanacaqla təminatı zəifləyirdi. Problemi aradan qaldırmaq üçün rayona gələn daşıyıcı kəmərlər tam yenilənib. Çürümüş dəmir borular polietilen borularla əvəzlənərək istifadəyə verilib. Qazın təzyiqinin yüksəlməsi bütün mənzillərdə hiss olunur. İndi rayon mərkəzinin ən ucqar yaşayış massivlərində yaşayan sakinlər də istənilən qədər mavi yanacaqdan istifadə edə bilirlər. Abunçiləri fasiləsiz olaraq təbii qazla təmin etmək üçün hazırda şəhərdaxili qaz kəmərlərində təmir-bərpa işləri görülür. Paralel olaraq qazlaşan ərazilərdə mənzillərə sayğacların quraşdırılması işi də aparılır. Görülən tədbirlərdən sonra 600-dən çox abunəçinin mənzilinə ilk dəfə təbbi qaz verilib. Bununla da rayon ərazisində qaz istehlakçılarının sayı 8 minə çatıb.

16:00 / 09.03.2010
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 8
Bu gün: 514
Bu ay: 20077
Ümumi: 3323545
Ölkə: United States

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın