
Hər il ölkəyə milyardlarla dollar gəlir gətirəcək «Çıraq neft layihəsi»-nə start verilib. Layihə Əsrin Müqaviləsinin yeni mərhələsi hesab olunur. Yataqdan ilk hasilata 2013-cü ildə başlanılacaq.
«Çıraq neft layihəsi» «Br-Azərbaycan» və Dövlət Neft Şirkətinin birgə məhsuludur. Layihənin məqsədi «Azəri-Çıraq-Günəşli» yatağındakı neft və qaz hasilatını artırmaqdır. «Dərinsulu Günəşli» və «Çıraq-1» platformaları arasında yaradılacaq yeni dəniz qurğusu gündəlik 25 min ton neft və 6,4 milyon kub-metr qaz hasil etmək imkanı verəcək. «Çıraq neft layihəsi» ümumilikdə Azərbaycana 360 milyon barel əlavə neft verəcək.
Son 5 ildə ölkənin ən iri layihəsi çərçivəsində dənizin 170 metr dərinliyində yeni platforma quraşdıralacaq. «Çıraq neft layihəsi»-nin ümumi dəyəri 6 milyard dollardır. Vəsaitin 4 milyardı obyekt və qurğuların inşası,qazma proqramına, qalan hissə isə hasilat dövründə platformadan quyuların qazılmasına sərf olunacaq.
İlk neft hasilatına 2013-cü ilin dördüncü rübündə başlanılacaq. Layihənin işlənməsi 2024-cü ilin sonuna kimi davam edəcək. Sonda tərəflər arasında «Çıraq neft layihəsi»-nin sanksyasının verilməsinə dair müqavilə imzalandı.
19:00 / 09.03.2010