Online xəbərlər
EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 12521 Polyarizasiya H Axın sürəti 4340 FEC 1/2  ||  EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 11861 Polyarizasiya R Axın sürəti 27500 FEC 3/4  ||  HOT BIRD 6/7A/8 at 13.0° Tezlik 12149 Polyarizasiya V Axın sürəti 27500 FEC 3/4  ||  
Xəbərlər

İqtisadiyyat

9 kəndə qaz xətti çəkilir

Şriftin ölçüsü:  11px13px15px17px

Əhalinin məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Ağsu rayonunun kəndlərinə qaz xətti çəkilir. İlin sonunadək rayonun daha doqquz kəndində mavi yanacaq alovlanacaq. Regionların sosial iqtisadi inkişaf proqramına uyğun olaraq Ağsu - Çiyni istiqamətində 36 kilometr uzunluğunda magistral qaz xətti çəkilir. 315 millimetrlik politilen borudan olacaq əsas kəmərin artıq 25 kilometri hazırdır. Yaşayış məntəqələrində əvvəllər mövcud olan köhnə paylayıcı xətlər də yenilənərək, mənzillərədək 160 millimetrlik polietilin borulardan olacaq. İnşaat işlərinə 30 nəfər işçi və 6 texnika cəlb olunub. Əsas və daşıyıcı qaz xətlərinin çəkilişi başa çatdıqdan sonra hər bir abunəçinin mənzilinə fərdi tənzimləyici və sayğac da quraşdırılacaq. Bütün bu işlər də dövlət vəsaiti hesabına görüləcək. Bununla da rayonda qazdan istifadə edənlərin sayı daha 1800 abunəçi artaraq 6 000 olacaq. Qazlaşdırılan kəndlərin sayı isə 9-dan 18-ə çatacaq.

13:00 / 14.04.2010
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 10
Bu gün: 403
Bu ay: 19966
Ümumi: 3323434
Ölkə: United States

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın