/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Büdcə müzakirə olundu

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycanda pensiya xərclərinin hesablanması üçün xüsusi hökumət komissiyası yaradılacaq. Bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov “2018 ci il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsinin” müzakirəsi zamanı bildirib. Nazir əlavə edib ki, hökumət hər ay pensiyaların ödənişi üçün 228 milyon manat ayıracaq. Büdcə müzakirələrində bir sıra sahələrə ayırlan vəsaitin məbləğinin artırılması da təklif olunub. 6 ay ərzində xüsusi hökumət komissiyası 1,3 milyon pensiyaçının hər birinin sənədlərinə baxaraq onların stajını müəyyən edəcək. Gələn ildən isə pensiyaların artırılması üçün yeni mexanizmdən istifadə olunacaq. Pensiyaların artırılması üçün təxminən 148 milyon manat tələb olunur. Ölkədə uşaq müavinətlərinə yenidən baxılması da nəzərdə tutulur. Nazir ünvanlı sosial yardım sisteminin yenidən formalaşdırılması üçün müxtəlıif ölkələrin təcrübəsinin öyrənildiyini bildirir. Millət vəkili hadi rəcəbli isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı hədinin 116 manat müəyyən edildiyini və bu məbləğin artırılmasını təkli edib. Deputat millət vəkili Musa Quliyev bütün sosial müavinətlərin verilməsi məsələsinə yenidən baxılmasını vacib sayır. 2018 ci ilin dövlət büdcəsində əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin yaradılması üçün 95 miliyon manat vəsait nəzərdə tutulub. 2018 ci ilin dövlət büdcəinin peşəkarlıqla hazırlandığını deyən millət vəkili Əhliman Əmiraslanov isə səhiyyə sahəsinə ayrılan vəsaitlərin artırılmasını təklif edib. Bildirib ki, səhiyyə sahəsində çox ciddi proqramlar həyata keçirilir. Bu proqramlar üçün ayrılar vəsaitlər üzrə 4,8 faiz artım proqnozlaşdırılır. Milli Məclisin əksər komitələri 2018 ci il üzrə büdcə zərfini plenar iclasa tövsiyyə etdi.

Zümrüd İbrahimova

21:00 / 08.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 8
Bu gün: 7459
Bu ay: 290651
Ümumi: 7435201
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın