/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İqtisadiyyat

Büdcə müzakirəsi davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

2018 ci ildə xidmət sektorunda 2,7 turizm sahəsində 6,6, nəqliyyat sektorunda isə 2,5 faiz artım proqnozlaşdırılır. Bu barədə 2018 -ci ilin büdcə zərfinin müzakirəsi zamanı məlumat verilib. İqtisadiyyat naziri Şahin Mustafayev 2021 ci ilədək sosial -iqtisadi siyasətin strateji məqsədlərini də açıqlayıb. Gələn il aqrar sektorda 6,2 faiz artım gözlənilir. Aqroparkların inkişafı üçün 219 milyon manat vəsait ayrılıb. 2018- ci ildə 10 yeni müəssisənin tikintisinə də başlanacaq. Maliyyə naziri Samir Şərifov isə 2018 ci ilin dövlət büdcəsi hazırlanarkən kənd təsərrüfatı sahəsinin inkişafı, məşğulluğun artırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclərin prioritet olaraq qaldığını dedi. Büdcə müzakirəsi zamanı manatın məzənnəsinin sabitləşməsinə diqqət çəkən Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov bildirdi ki, manat ilin əvvəlindən 4%, fevralın sonundan isə 11,5% möhkəmlənib. Son 9 ayda millli valyuta əlavə mökkəmlənmə təzyiqi altında olub. Millət vəkili Ziyad Səmədzadə isə bildirdi ki, 2018 ci il üçün neftin bir barelinin 45 dollardangötürülməsi qarşıya qoyulan hədəflərə nail olmağa imkan verəcək. Deputat deyir ki, dövlət büdcəsinin gəlirləri 1-2 il istisna olmaqla ildə 1,8-2 milyard manat artır.

Zümrüd İbrahimova

21:00 / 21.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 14148
Bu ay: 201029
Ümumi: 7345579
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın