Ermənistan prezidentinin Fransa səfəri başlayıb

Ermənistan prezidenti Serj Sarkisiyanın Fransa səfəri başlayıb. Dünən axşam Parisə gələn Sarkisiyanı aeroportda erməni əsilli Fransanın iqtisadi inkişaf naziri Patrik Deveciyan qarşılayıb. Bu gün Yelisey sarayında Ermənistan prezidentini fransalı həmkarı Nikola Sarkozi qəbul edəcək. Görüşdə ikitərəfli münasibətlər, beynəlxalq və regional məsələlər müzakirə ediləcək. İki tərəfli danışıqların gündəmində Ermənistan-Türkiyə münasibətləri və Dağlıq Qarabağ problemi də olacaq.