Lider TV

Cəbhə kəndi güllə-baran edildi


Son günlər təmas xəttinə yaxın olan yaşayış məntəqələrimizin atəşə tutulması intensivləşib. Erməni əsgərləri cəbhəyanı kəndlərdə yaşayan insanların bayram əhval-ruhiyyəsini pozmağa çalışır. Goranboyun Tap-Qaraqoyunlu kəndinin sakinləri ilaxır çərşənbəni həyəcan içərisində keçiriblər.
Tap-Qaraqoyunlunun atəşə tutulması martın yeddisindən intensivləşib. Ötən gecə isə ilaxır çərşənbəni qeyd etmək istəyən kənd sakinləri sözün əsl mənasında güllə-barana məruz qalıb. Dam örtüklərinə, darvazalara, çardaqlara dəyən pulemyot güllələri can almasa da, camaatın bayram əhvalını korlayıb. Qeyd edək ki, sakinlərin gülələrdən zərər görməməsi üçün ötən ilin sonlarında kəndin ətrafına istinad divarları çəkilib. Lakin düşmənin yüksəkdə yerləşməsi, həmçinin mülki insanları məqsədli şəkildə atəşə tutması bu divarları da aciz qoyur. Atılan güllələr hətta kəndin ortalarına qədər gəlib çatır.
Bunlara baxmayaraq, ermənilərin bu cür davranışına Azərbaycan ordusu tərəfindən layiqli cavab verilib.




19:00 / 14.03.2012     Çap et  Çap et