Lider TV

Azərbaycan diasporu fəaliyyətini genişləndirir


Ukrayna azərbaycanlılarının qurultayı keçiriləcək. Bununla bağlı Ukrayna Azərbaycanlıları Konqresi hazırlıqlara başlayıb. Tərəfindən tədbirlər həyata keçirilir.
Ukrayna Azərbaycanlıları Konqresi qurultaya ciddi hazırlaşır. Bununla bağlı bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Planlara Ukrayna məktəblərində Azərbaycan dilinin tədris olunması və Azərbaycan məktəblərinin açılması daxildir. Bundan başqa, Kiyevdə və Ukraynanın 27 vilayətində azərbaycanlıların hüquqlarını müdafiə edən hüquq mərkəzləri açılacaq.
Ukrayna Azərbaycanlıları Konqresi dünya azərbaycanlıları üçün vahid dərslik hazırlayıb. Dərslik «Azərbaycan dilini öyrənirəm» və «Azərbaycanı öyrənirəm adlı» hissələrdən ibarətdir. Kitab təkcə məktəblilər üçün deyil, Azərbaycan dilini və tarixini öyrənmək istəyən hər bir kəs üçün nəzərdə tutulur.
Qeyd edək ki, Ukraynada 500 minə yaxın azərbaycanlı yaşayır. Ukrayna diasporu həmvətənlərimizin məskunlaşma sayına görə dünyada Rusiyadan sonra ikinci yeri tutur.




19:00 / 20.08.2012     Çap et  Çap et