Lider TV

Azərbaycan dili məktəbi və Azərbaycan Mədəniyyət Mərkəzinin rəsmi açılışı olub


Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr oulnan tədbirlər çərçivəsində Ukraynanın Dnepropetrovsk şəhərində Azərbaycan dili məktəbi və Azərbaycan Mədəniyyət Mərkəzinin rəsmi açılışı olub. Mərkəz Dnepropetrovsk Azərbaycanlıları Liqasının təşkilatçılığı ilə istifadəyə verilib. Açılış mərasimində yerli dövlət orqanlarının nümayəndələri, millət vəkilləri, diaspor üzvləri iştirak edib. Tədbirdə qonaq qismində iştirak edən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bildirib ki, prezident İlham Əliyev dünyanın bütün ölkələrində Azərbaycan dili və mədəniyyətinin inkişafına xüsusi diqqət yetirir. Bu baxımdan diaspora rəhbəri Ukraynanın bütün vilayətlərində Azərbaycan mərkəzlərinin açılacağını deyib.




19:00 / 03.06.2013     Çap et  Çap et