Lider TV

Türkdilli diaspor təşkilatları rəhbərlərinin i forumu keçiriləcək


Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin i forumu keçiriləcək. Foruma dünyanın 44 ölkəsindən 500-ə yaxın nümayəndə dəvət edilib. Onlarin əksəriyyəti Azərbaycan, türk, qazax və qirğız diaspor təşkilatlarının rəhbərləri və təmsilçiləridir. Qonaqların arasında Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət və hökumət nümayəndələri, deputatlar və elm xadimləri də var. Forum çərçivəsində diaspor rəhbərləri üçün gələcək fəaliyyət istiqamətləri müəyyən ediləcək və onların reallaşdırılması yolları müzakirə olunacaq. Ekspertlər bu forumu türkdilli ölkələrin diaspor təşkilatlarinin birgə əməkdaşlığının gücləndirilməsi istiqamətində mühüm addım sayılır.




09:00 / 21.06.2013     Çap et  Çap et