Lider TV

Diaspor təşkilatları rəhbərlərinin birinci forumu keçirilir


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərləri Fəxri Xiyabanda milli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Ulu öndərin məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq, alim Zərifə xanım Əliyevanın da xatirəsi hörmət və ehtiramla anılıb. Diaspor təşkilatları rəhbərləri Şəhidlər Xiyabanında da olublar. Əbədi məşəl önünə əklil qoyublar.
Sonra forum iştirakçıları Gülüstan Sarayında bir araya gəliblər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci forumunda öncə prezident İlham Əliyev və təşkilata üzv digər ölkə başçılarının təbrik məktubları səsləndirilib. Tədbirdə türkdilli xalqların vahid birliyinin təmin olunması, maraqlarının qorunması və onların haqq səsinin dünyaya çatdırılması istiqamətində tədbirlərin daha da gücləndirilməli olduğu vurğulanıb. Bildirilib ki, türk dünyasının ümumi mənafeyi naminə əməkdaşlığın qurulması üçün zəmin yaradılmalıdır.




13:00 / 21.06.2013     Çap et  Çap et