Lider TV

Borclu obyektlərin əmlakı siyahıya alındı


Vergilər Nazirliyinin əməkdaşları bölgələrdə vergi borcunu ödəməyən bir neçə obyektin əmlakını siyahıya alıblar. Araşdırmalar zamanı Zaqatala şəhərində «Zaqata bazar-2» açıq səhmdar cəmiyyətinin 7040 manat məbləğində vergi borcu aşkarlanıb. Borcu ödəməyən müəssisənin 8300 manat məbləğində əmlakı siyahıya alınıb. Həmçinin rayonun Göyəm kəndində yerləşən «Şahin» MMC-yə məxsus daş karxanasının 4624 manat vergi borcu müəyyən edilərək, karxanadakı 5500 manatlıq avadanlıq siyahıya alınıb. Mingəçevir şəhərində də yoxlamalar aparılıb. «Kosmos» və «Ərəş» şadlıq saraylarının vergi borclarından yayınması səbəbindən müvafiq olaraq, obyektlərdəki 3000 və 1800 manatlıq əmlak siyahıya alınıb. «Bərdə vip medical» stomotoloji mərkəzdə isə 1186 manat vergi borcu müqabilində 1700 manatlıq əmlaka «əl qoyulub».




19:00 / 02.09.2014     Çap et  Çap et