Lider TV

İsrail səfirliyinə hücum oldu


İsrailin Yunanıstandakı səfirliyinə hücum olub. Naməlum şəxslər diplomatik təmsilçiliyin binasını səhərə yaxın bir neçə dəqiqə müddətində atəşə tutub. Hadisə zamanı xəsarət alan olmasa da, tikiliyə xeyli zərər dəyib. Məlumata görə, insidenti törədənlər əraziyə motosikletdə yaxınlaşıblar. Tapılan 54 giliz atəşin kalaşnikov avtomatından açıldığını göstərir.




17:00 / 12.12.2014     Çap et  Çap et