Lider TV

Salvador Dalinin nəşinin qalıqları məzarından çıxarılıb


İspan rəssamı və sürrealisti Salvador Dalinin nəşinin qalıqları Fiqeras şəhərindəki məzarından çıxarılıb. Əməliyyat təxminən 1 saat 20 dəqiqə davam edib. Məşhur rəssamın nəşindən DNT nümunələri götürülüb. Buna səbəb isə kataloniyanın Jirona şəhərindən olan Pilar Abel adlı xanımın neçə vaxtdır onun qızı olduğunu iddia etməsidir. Qadın məhkəməyə müraciəti əsasında rəssamın ruhunu “Narahat etməyə” nail olub. o, 1956-ci il fevralın 1-də doğulub və iddia edir ki, anası rəssam ilə gizli münasibətlərdə olub. 2007-ci ildən Pilar Abel ictimaiyyəti rəssamla qohumluq əlaqəsinin olduğuna inandırmağa çalışır. əgər DNT-testi qadının dediklərini təsdiq edərsə, o zaman o, rəssamın adını daşıyan hər bir əsərin və əşyanın müəlliflik hüququna, habelə onun irsinin 25 faizinə sahib olacaq. Bəzi məlumatlara görə, mirasın ona çatacaq məbləği 300 milyon avro təşkil edir. Yeni ekspertizanın nəticələri bu ilin avqust-sentyabr aylarında məlum olacaq.




19:00 / 21.07.2017     Çap et  Çap et