Lider TV

Cocuq Mərcanlı telekommunikasiya xidmətləri ilə təmin olunub


Cəbrayıl rayonunun yenidən qurulan Cocuq Mərcanlı kəndi telekommunikasiya xidmətləri ilə təmin olunub. Bunun üçün kəndə 10 kilometr məsafədən optik kabel çəkilib, 64 nömrə tutumlu elektron ATS, kabel-kanalizasiya qurğuları quraşdırılıb. 1200 metrədək məsafədə daxili şəbəkə qurulub. Cocuq Mərcanlıda inşa edilən 50 evin hamısı, həmçinin məktəb telefonlaşdırılıb, internetlə təchiz edilib. «Aztelekom» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri yeni salınan qəsəbədə Şahəddin Hüseynovun evində olub, ailəyə telefon aparatı, modem, noutbuk hədiyyə ediblər. Ailə telefon və internet abunə haqqından azad olunub.




19:00 / 21.07.2017     Çap et  Çap et