Lider TV

Erməni icmasının rəhbəri kabinetində güllələnib


Ukraynanın Ujqorod şəhərində “Aparan” erməni icmasının rəhbəri 54 yaşlı Andranik Nikoqosyan öz kabinetində güllələnib. Ukrayna milli polis idarəsinə istinadən xəbər verir ki, hadisədən öncə qatillə qurban arasında mübahisə yaşanıb. Qatil polis tərəfindən saxlanılaraq dindirilməyə aparılıb. Hadisənin motivləri məlum deyil və hadisənin baş verdiyi yerdə ekspertlər tərəfindən araşdırma aparılır. Qeyd edək ki, Ermənistanın «Aparan» şəhərində doğulan Nikoqosyan Zakarpatya bölgəsindəki Ukrayna erməniləri birliyinin sədri idi. O, vaxtilə SSRİ-nin boks yığmasında da çıxış etmişdi. Zakarpatyada erməni mədəni təşkilatına rəhbərlik edib və qondarma erməni soyqırımına “xatirə lövhəsi” qoyulmasında iştirak edib. Xatırladaq ki, oktyabrın 5-də Moskvada Voronej vilayətinin ictimai palatasının üzvü və “Ani” erməni mədəni-xristian ictimai təşkilatının rəhbəri Arsen Papazyan güllələnərək öldürülmüşdü. Ötən gün isə erməni biznesmen Georgi Aqapcanov qətlə yetirilmişdi.




09:00 / 18.10.2017     Çap et  Çap et