Lider TV

YAP Gəncə şəhər təşkilatının 9 - cu konfransı keçirilib


YAP Gəncə şəhər təşkilatının 9 - cu konfrası keçirilib. 8 -ci konfransdan ötən 4 il ərzində görülən işlər , həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələr müzakirə olunub. YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev bildirib ki, partiyanın Gəncədə 40 mindən çox üzvü var. Onlar 260 ərazi partiya təşkilatında birləşiblər. Partiya üzvlərindən 25 min 357-i qadın, 15 minini kişilər təşkil edir. Partiya üzvlərinin 23 min 572 nəfəri, yəni 58 faizi gəncdir. Ötən konfransdan keçən dövr ərzində 38 ərazi yeni ilk partiya təşkilatı yaranıb. Konfransda təşkilat məsələsinə baxılıb. Naqif Həmzəyev yenidən YAP Gəncə şəhər təşkilatının sədri seçilib. Tədbirdə partiyanın şəhər təşkilatının 40 mininci üzvünə və bu siyasi təşkilata qəbul olunan gənclərdən bir qrupuna vəsiqələr təqdim olunub. Veteran partiya üzvlərindən bəziləri xatirə hədiyyələri ilə mükafatlandırılıb.




19:00 / 09.12.2017     Çap et  Çap et