Lider TV

Fərhad Bədəlbəylinin yubileyi konsert proqramı ilə qeyd olunub


Görkəmli pianoçu, xalq artisti Fərhad Bədəlbəylinun 70 illik yubileyi konsert proqramı ilə qeyd olunub. Mərasimdə siyasi-ictimai xadimlər, mədəniyyət nümayəndələri, sənətsevərlər bir araya gəliblər. Yubiley konsertində xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə çıxış edib. Fərhad Bədəlbəyli Bakıda görkəmli rejissor, Azərbaycanın xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində dünyaya göz açıb. Hələ gənc yaşlarından böyük uğurlara imza atan pianoçu qısa bir vaxtda şöhrət qazanıb. O, Bolqarıstan, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Türkiyə, Yaponiya və başqa ölkələrində mədəniyyətimizi layiqincə təmsil edib. Hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına rəhbərlik edən Fərhad Bədəlbəyli gənc ifaçıların yetişməsində yorulmadan fəaliyyət göstərir. 70 illik yubileyi münasibəti ilə prezident İlham Əliyev tərəfindən “İstiqlal” oredeni ilə təltif edilməsini isə Azərbaycan mədəniyyətinə verilən qiymət kimi dəyərləndirir. Təssüratlarını isə ilk dəfə məhz “Lider” televiaiyasının tamaşaçıları ilə bölüşdü. Yubilyar, konsert proqramında bir sıra klaasik əsərlər ifa etdi. Maraqlı məqamlardan bir də məhz yubiley gecəsində xalq artistinin dirijor kimi orekestri müşaiət etməsi oldu. Anşlaqla keçən yubiley gecəsi sənətkarın növbəti ən uğurlu konsertlərindən biri kimi yadda qaldı.

Günel Səfərli




13:00 / 26.12.2017     Çap et  Çap et