Lider TV

Bəhruz Kəngərlinin doğum günü Naxçıvanda qeyd edilib


Azərbaycanın ilk peşəkar rəssamı Bəhruz Kəngərlinin doğum günü Naxçıvanda qeyd edilib. Muxtar Respublika Rəssamlar Biriliyinin üzvləri rəssamın adını daşıyan parkda onun abidəsini ziyarət ediblər. Ustad rəssamın doğum günü münasibətilə sərgi də təşkil edilib. Açıq səma altında sərgilənən 30-dək əsərin əsas mövzusu Naxçıvanın təbiəti və mənzərələri olub. Qeyd edək ki, Bəhruz Kəngərli 1892-ci il yanvarın 22-də Naxçıvanda doğulub. Rəssam peşə təhsilini Tiflisdə alıb. Naxçıvana qayıdandan sonra isə buranın təbiəti, abidələri və 1915-19-cu illərdə erməni təcavüzü nəticəsində yurdlarından qaçqın düşən insanların silsilə portretlərini yaradıb. Bəhruz Kəngərli 1922-ci il fevralın 7-də Naxçıvanda vəfat edib.




19:00 / 22.01.2018     Çap et  Çap et